“Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı: HƏDƏF VƏ MƏQSƏDLƏR

“Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı: HƏDƏF VƏ MƏQSƏDLƏR
17.05.2025 17:35 Təhlil

“Rusiya tərəfi tətbiq olunan sanskiyaları ironiya ilə qarşılayır, sanksiyaların onların iqtisadi-siyasi dayaqlarını zəiflətmək əvəzinə gücləndirdiyi fikrini irəli sürür. Buna görə də Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin altıncı sammitinin əsas leytmotivi Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi olub”

Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress TV-yə danışarkən deyib. 

O xatırladıb ki, 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra yaradılmış “Avropa Siyasi Birliyi”nin ilkin hədəflərinə rəsmi Moskvaya qarşı ortaq mövqe sərgiləmək prinsipi durub. Bu məqsədlə mayın 16-da baş tutan sammitdə 47 ölkənin dövlət və hökumət başçısının iştirakı, həm Avropanın daxili həmrəyliyinin, həm də geosiyasi gərginliklərin fonunda diplomatik fəallığın göstəricisi kimi qiymətləndirilməlidir.

“Sammitdə iştirak edən Avropa liderləri yeni sanksiyalar paketinin hazırlanması ilə bağlı bəyanatlar versələr də, bu tədbirlər daha çox siyasi mesaj xarakteri daşıyır. Çünki Rusiya tərəfi bu addımları ironiya ilə qarşılayır və bildirir ki, sanksiyalar onların iqtisadi-siyasi dayaqlarını zəiflətmək əvəzinə gücləndirib. Bundan başqa, iki ölkə arasındakı danışıqların mümkün gedişatı da sammit çərçivəsində dəyərləndirilib. Lakin Avropa liderlərinin bu proseslərə birbaşa təsir imkanları olduqca məhduddur. Çünki Avropa liderləri Rusiya ilə birbaşa əlaqə qurmaqda çətinlik çəkir. Hətta onlar Rusiya prezidenti Vladimir Putinə dəfələrlə müraciət etsələr də, çağırışlarının cavabsız qaldığını bildirirlər. Bu isə Avropa İttifaqının regional proseslərə təsir gücünü sual altına alır”.

Analitik diqqətə çatdırıb ki, ABŞ prezidenti Donald Tramp da Avropa liderlərinin ondan Putinlə təmaslar qurmağı xahiş etdiklərini bildirib. Müdaxilə əzmini itirən Avropa gücləri indi sadəcə olaraq Ukraynaya əvvəlki dəstək istəklərini nümayiş etdirirlər.  Bundan başqa, politoloq, sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin çoxsaylı ikitərəfli təmaslarına xüsusi diqqət çəkib: 

“Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, Ermənistanın Baş naziri Nikol Paşinyanla qısa qeyri-rəsmi dialoqu baş tutub, eləcə də bir sıra Avropa ölkələrinin liderləri ilə fikir mübadiləsi aparıb. Bu cür təmasları gələcək əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli sayılır. Həm də sammitdə Azərbaycanın fəal iştirakı, regional və ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır”. 

Qeyd edək ki, “Avropa Siyasi Birliyi”nin altıncı sammiti mayın 16-da bütün qitənin liderlərini Albaniyanın paytaxtı Tiranada “Yeni dünyada yeni Avropa: Birlik - Əməkdaşlıq - Birgə fəaliyyət” mövzusunda bir araya gətirib. 

Töhfə Səməd

FOTOLAR

“Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı: HƏDƏF VƏ MƏQSƏDLƏR — 1
XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər