Albaniyada İlham Əliyev və Paşinyan dialoqu: Bədən dili hansı mesajları verdi?

Albaniyada İlham Əliyev və Paşinyan dialoqu: Bədən dili hansı mesajları verdi?
17.05.2025 14:14 Təhlil

Mayın 16-da Albaniyada keçirilən “Avropa Siyasi Birliyi” sammiti çərçivəsində diqqət çəkən məqamlar sırasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan qeyri-rəsmi söhbət xüsusi maraq doğurdu. 

TodayPress TV məlumat verir ki, onların ayaqüstü söhbətinin məzmunu açıqlanmasa da, bədən dili və mimikaların təhlili regional münasibətlərdəki vəziyyəti oxumaq üçün mühüm ipucları verir.

Videokadrların təhlili göstərir ki, Prezident İlham Əliyev və Paşinyan arasında danışıq zamanı fiziki məsafə saxlanılır.

Ölkə başçısının bədən duruşu sabit və dikdir: bu, nəzarəti əlində saxladığını, emosiyalara yer vermədiyini göstərir.

Göz təmasından yayınmaması, eyni zamanda jestlərin minimalizmi onun situasiyaya tam hakim olduğunu göstərir.

Əks tərəfdə isə Paşinyanın davranışları daha ehtiyatlıdır. Onun bir qədər əyilmiş başı, ara-sıra göz təmasından yayınması və üz ifadəsindəki qeyri-müəyyənlik daxili narahatlıq və təmkinli müşahidə strategiyasını ehtiva edir.

Görüş zamanı onların bir neçə saniyəlik pauzaları, mimikaların dəyişməməsi və söhbətin səssiz fonu diqqətəlayiqdir.

Prezident İlham Əliyevin mimikasında heç bir yumşalma və ya əlavə jest müşahidə olunmur. Bu, ciddi və praqmatik diplomatik yanaşmanın göstəricisidir.

Paşinyan isə mimikalarında kiçik gülümsəmə cəhdləri və tez-tez baxış yönünü dəyişməsi ilə qarşı tərəfdən mümkün jestləri oxumağa çalışır.

Diplomatik görüşlərin “qeyri-rəsmi” formatı çox zaman daha səmimi atmosfer və jestlər doğursa da, bu konkret söhbətdə gərginlik açıq-aşkar hiss olunur.  Dövlət başçısının mimikalarında neytrallıq və sakitlik, həm də təşəbbüs iradəsi görünür.

Paşinyan isə daha çox reaksiya verən tərəf rolunda çıxış edir.  Həmin dəqiqələri belə şərh etmək olar:

Prezident İlham Əliyev siyasi cəbhədə əldə olunan üstünlüyün verdiyi inamla qarşı tərəfi diqqətlə dinləyir, lakin emosional jestlərə yer vermədən diplomatik məsafəni qoruyur.

Paşinyanın isə mövqeyində həm tərəddüd, həm də dialoqa açıq qalmaq arzusu hiss olunur.

Nəticə etibarilə deyə bilərik ki, Albaniyada baş tutan bu qeyri-rəsmi dialoq regionun gələcək sülh gündəmini müəyyənləşdirəcək əsas səhnələrin biri kimi qiymətləndirilə bilər. Rəsmi açıqlamalar olmasa da, tərəflərin bədən dili diplomatik ritorikanın xaricində də mesaj daşıyır.

Prezident İlham Əliyevin sabit, nəzarətli duruşu, Paşinyanın isə müşahidə mövqeyi tutması, Azərbaycan lideri ilə ünsiyyətə can atması tərəflər arasında sülh axtarışlarının müzakirəli, amma davam edən proses olduğunu göstərir. 

Töhfə Səməd

XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər