Uzunömürlülüyün sirri açıqlandı

Uzunömürlülüyün sirri açıqlandı
22.12.2025 08:56 Maraqlı

100 il və daha çox yaşayan insanların uzunömürlülüyü təkcə həyat tərzi ilə deyil, həm də qədim əcdadlardan miras qalan genetik irslə bağlı ola bilər.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "GeroScience" jurnalında dərc olunub.

Araşdırma çərçivəsində yaşı 100 və daha çox olan 333 italiyalının DNT-si təhlil edilib və bu göstəricilər orta yaşı təxminən 50 olan 690 sağlam insanın genetik məlumatları ilə müqayisə olunub.

Daha sonra əldə edilən nəticələr müasir İtaliya genofondunun formalaşmasında rol oynamış dörd əsas qədim qrupu təmsil edən 103 qədim genomla tutuşdurulub. Bunlara Qərbi ovçu-toplayıcılar, Anadoludan olan neolit dövrü əkinçiləri, tunc dövrünün köçəriləri, eləcə də qədim İran və Qafqaz əhalisi daxil edilib.

Analiz nəticəsində məlum olub ki, uzunömürlü insanlarda Qərbi ovçu-toplayıcıların (Western Hunter-Gatherers – WHG) genetik irsinin payı əhəmiyyətli dərəcədə daha yüksəkdir. Bu qrup son buzlaşma dövründən sonra Avropada yaşamış ən qədim əhalilərdən biri hesab olunur. Digər qədim populyasiyaların genetik töhfəsi isə 100 və daha artıq yaşa çatma ehtimalı ilə əlaqələndirilməyib.

Alimlərin hesablamalarına görə, ovçu-toplayıcılara aid DNT payının hətta cüzi artımı belə 100 yaşa qədər yaşamaq ehtimalını təxminən 38 faiz artırır. Bu təsir xüsusilə qadınlarda daha qabarıq olub belə genetik komponentin yüksək olduğu hallarda uzunömürlü qadın olma ehtimalı iki dəfədən çox yüksəlib.

Türkan İsgəndərli

TodayPress TV 

NEWS FEED
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 All News