Türkiyə Orta Dəhliz üçün 10 milyard dollar cəlb edəcək

Türkiyə Orta Dəhliz üçün 10 milyard dollar cəlb edəcək
04.10.2025 15:55 Maliyyə

Türkiyə hökuməti iki irimiqyaslı infrastruktur layihəsi - Şərqi Türkiyə Dəmir Yolu İnfrastrukturunun İnkişafı Layihəsi (ETMIC) və İstanbul Şimal Dəmiryolu Bağlantısı (INRAIL) layihələri üçün Dünya Bankı və digər beynəlxalq maliyyə qurumlarından təxminən 9,7 milyard ABŞ dolları həcmində maliyyə cəlb etmək niyyətindədir.

TodayPress TV Dünya Bankına istinadən xəbər verir ki, ETMIC layihəsinin təxmini dəyəri ƏDV daxil olmaqla 1,615 milyard ABŞ dolları, INRAIL layihəsi isə ƏDV, gözlənilməz hallar, tikintiyə nəzarət və layihənin idarə edilməsi daxil olmaqla 8,1 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.

ETMIC layihəsi Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) bir hissəsi olan Divriği-Qars-Gürcüstan sərhədi dəmir yolu xəttinin bərpasını və elektrikləşdirilməsini nəzərdə tutur.

Proqrama 587 km dəmir yolu infrastrukturunun və relslərin üst quruluşunun bərpası, Divriğidən Gürcüstan sərhədinə qədər olan 667 km xəttin elektrikləşdirilməsi, körpülərin, tunellərin, suötürücülərin, istinad divarlarının tikintisi, stansiyaların genişləndirilməsi, idarə olunan dəmir yolu keçidlərinin tətbiqi və təhlükəsizliyi və istifadənin rahatlığını təmin etmək üçün sosial obyektlərin inkişafı daxildir.

Müasir nəqliyyatın idarə olunması sisteminə yarımstansiyalar və 154 kV-luq elektrik verilişi xətləri, siqnalizasiya və telekommunikasiya avadanlığı, Mərkəzləşdirilmiş Hərəkətə Nəzarət (CTC) və 320 km paylanmış akustik monitorinq sistemi (DAS) daxildir.

Dünya Bankının məlumatına görə, təkmilləşdirilmiş Şərq Dəhlizi Türkiyə daxilində Orta Dəhlizin strateji hissəsinə çevriləcək və ölkə ilə Gürcüstan, Xəzər regionu və Mərkəzi Asiya arasında birbaşa əlaqəni təmin edəcək. Elektrikləşdirilmiş yük xətti daşımaların sürətini, etibarlılığını və ətraf mühitə uyğunluğunu artıracaq, eləcə də Türkiyənin Avrasiya logistikasında mühüm mərkəz rolunu gücləndirəcək.

Türkiyə eyni vaxtda INRAIL layihəsini – İstanbul aqlomerasiyasından yan keçməklə ölkənin Asiya və Avropa hissələrini birləşdirəcək, təxminən 125 km uzunluğunda olacaq yeni dəmir yolu xəttinin tikintisini həyata keçirməyə hazırlaşır.

Xətt Çayırova stansiyasının (Asiya tərəfində) yaxınlığından başlayacaq və Yavuz Sultan Səlim körpüsü üzərindən keçərək Çatalca stansiyasında (Avropa tərəfində) sona çatacaq. Həm sərnişinlərin, həm də yüklərin daşınması üçün nəzərdə tutulan yeni xətt elektrikləşdiriləcək və tam siqnallaşdırılacaq.

Layihəyə əsasən, sərnişin qatarlarının sürəti 160 km/saata, yük qatarlarının isə 80-120 km/saata çatdırılacaq. Bu xətt İstanbul Hava Limanı ilə Sabiha Gökçen Hava Limanı arasında birbaşa əlaqə təmin edəcək, onları milli dəmir yolu şəbəkəsinə inteqrasiya edəcək və multimodal logistikanı gücləndirəcək.

Dünya Bankından qeyd edilib ki, INRAIL hava və dəmir yolu qovşaqları arasında daxili və beynəlxalq nəqliyyat əlaqəsini təmin edəcək, eyni zamanda meqapolisdə şəhər hərəkətliliyini təkmilləşdirəcək. Dolama xəttində yalnız iki stansiya - hər iki hava limanı olacaq ki, bu da sərnişin axınının səmərəli idarə olunmasına və multimodal yük daşımalarının inkişafına imkan verəcək.

Xatırladaq ki, 2024-cü ildə TBNM üzrə yük daşımaları 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə artım davam edəcəyi və daşımaların həcminin 5,2 milyon tona çatacağı proqnozlaşdırılır ki, bunun da 4,2 milyon tonu iştirakçı ölkələrin marşrutları ilə daşınacaq. Bu həcmin 2,5 milyon tonu quru yüklər (təxminən 96 min TEU), 1,7 milyon tonu isə neft olacaq.

2027-ci ilə qədər marşrutun ötürücülük qabiliyyəti ildə 10 milyon tona qədər arta bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastrukturun inkişafına əlavə investisiyaların cəlb edilməsi üçün dayanıqlı zəmin yarada bilər.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Bütün Xəbərlər