2024-cü ildə iqlim xərclərinə ayrılan büdcə vəsaiti məlum oldu

2024-cü ildə iqlim xərclərinə ayrılan büdcə vəsaiti məlum oldu
18.08.2025 11:49 Maliyyə

2024-cü ilin dövlət büdcəsinin “Ətraf mühitin mühafizəsi” üzrə ayrılan vəsaitlərə nəzər salsaq, iqlim dəyişikliyi ilə əlaqəli xərclər 339,7 milyon manata bərabər olub.

TodayPress TV Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, həmin vəsaitin 87,4%-i, yəni 297 milyon manatı qarışıq yəni neytral xərclərə aid olub ki, bu xərclər müxtəlif ekoloji meyarlar üzrə həm müsbət, həm də mənfi təsirə malik xərclərdir.

Eyni zamanda həmin xərclərin 12.6 %-i, yəni 42,7 milyon manatı isə yaşıl xərclər olub.

Qeyd edilib ki, “Kənd təsərrüfatı” sektoru üzrə iqlim dəyişikliyi ilə əlaqəli xərclərin məbləği 1075,2 milyon manat bərabər olmuşdur. Həmin xərclərin 100%-i qarışıq xərclərə aiddir. 2024-cü ildə “Ətraf mühitin mühafizəsi” və “Kənd təsərrüfatı” sektorları üzrə iqlim dəyişikliyi ilə əlaqəli xərclər ümumilikdə 1414,9 milyon manata bərabər olmuşdur ki, həmin xərclərin 1395,2 milyon manatı adaptasiya, 19 milyon manatı isə mitiqasiya tədbirlərinə aid olub.

2024-cü ildə “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorları üzrə DİM ilə əlaqəli xərcləri 5773,4 milyon manata bərabər olub.

XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər