M. Məmmədov: "Azərbaycan kənd təsərrüfatı sistemlərinin inkişafına əhəmiyyətli investisiyalar yatırır"

M. Məmmədov: "Azərbaycan kənd təsərrüfatı sistemlərinin inkişafına əhəmiyyətli investisiyalar yatırır"
23.03.2026 21:15 Kənd Təsərrüfatı

Özbəkistanın paytaxt Daşkənd şəhərində İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə "Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda aqrobiznes forumu başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müxtəlif ölkələrdən yüksək səviyyəli təsmi şəxslərin iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycanı dövlət qurumları və iş adamlarından ibarət nümayəndə heyəti təmsil edir.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan İtaliya və Mərkəzi Asiya ölkələri ilə bir çox sahələrdə səmərəli əməkdaşlıq edir. Nazir aqrar sahədə ölkəmizdə aparılan islahatlardan söz açıb, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib.

Məcnun Məmmədov əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi, kənd yerlərinin inkişafı məqsədilə ardıcıl və sistemli tədbirlər görülür, aqrar sahədə dövlət dəstəyi tədbirləri genişləndirilir:

"Azərbaycan hökuməti iqlim dəyişikliyinə, davamlı kənd təsərrüfatı-ərzaq sistemlərinin inkişafına əhəmiyyətli investisiyalar yatırır. Bu investisiyaların əhəmiyyətli bir hissəsi rəqəmsallaşdırmaya, iqlimə uyğun və ağıllı kənd təsərrüfatına yönəldilib. Dövlət dəstək mexanizmlərimiz müasir əkinçilik və bağçılıq texnologiyalarının tətbiqinə yönəlmiş innovasiya tərəfdaşlıqlarını daha da təşviq edir. Bundan əlavə, yaşıl enerji zonaları elan edilmiş Azərbaycanın işğaldan azad edilmiş əraziləri "ağıllı şəhərlər" və "ağıllı kəndlər" konsepsiyalarına uyğun olaraq yenidən qurulur və iqlimə uyğun kənd təsərrüfatı siyasəti bu inkişafının ayrılmaz hissəsini təşkil edir".

Tədbirdə həmçinin Avropa və Mərkəzi Asiyada kənd təsərrüfatı sistemlərinin mövcud vəziyyəti, biomüxtəlifliyin qorunması, dayanıqlı kənd təsərrüfatı istehsal sistemlərinə keçid üçün bacarıqların inkişaf etdirilməsi, sabit ərzaq təchizatı, torpaq və su idarəçiliyi, ekosistemin qorunması, inklüziv aqro-ərzaq siyasətləri, rəqəmsal həll və texnologiyaların tətbiqinin genişləndirilməsi və bu sahədə texnologiya transferi barədə müzakirələr aparılıb.

Forum çərçivəsində sahibkarlara praktiki əməkdaşlığın perspektivli istiqamətlərini birbaşa müzakirə etməyə imkan verən B2B görüşlər keçirilib. Tədbir davamlı işgüzar əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı faydalı layihələrin təşviqinə yönəlib.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 All News