Vergi orqanlarına müraciətlər apreldə 25 %-dən çox azalıb

Vergi orqanlarına müraciətlər apreldə 25 %-dən çox azalıb
21.05.2025 13:13 İqtisadiyyat

Bu ilin aprel ayında Azərbaycanda vergi orqanlarına 37 341 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 % azdır. 

TodayPress TV bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, daxil olmuş müraciətlərdən 95,5 %-i ərizə, 4,4 %-i şikayət, 0,1 %-i təklif olub.  Müraciətlərin 80,8 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 19,2 %-i isə hazırda icradadır. Onlardan 38-nin icrası nəzarətə götürülüb. 

Baxılması başa çatdırılmış müraciətlərdən 65,6 %-i həll olunub, 33,1 %-i barədə müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. 

Həll olunmuş 224 sayda faktiki şikayətlər, əsasən, kameral vergi yoxlaması, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu (borcun silinməsi, sərəncamın götürülməsi, borcun ödənilməsinə möhlət verilməsi) şəxsi hesab vərəqələri, maliyyə sanksiyalarının silinməsi, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) və digər məsələlərlə bağlı olub. 

Ötən ay Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 86 vətəndaşı qəbul edlib.

Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər