Pedrodan vida sözləri: “Həmişə sizdən biri olacağam”
Pedro Rodriges mövsümün sonunda “Latsio” klubundan ayrılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı hücumçu “Piza” ilə A Seriyası matçının onun üçün “Latsio” formasında son oyun olacağını bildirib.
“Ümid edirəm ki, hamınızı stadionda görəcəyəm. Amma başa düşürəm ki, bu il hər kəs üçün çox çətin və ağır keçib və qərarınıza hörmətlə yanaşıram. “Latsio”nun formasını geyinmək mənim üçün böyük şərəf idi. Mən həmişə sizdən biri olaraq qalacağam”, – deyə Pedro vurğulayıb.
Qeyd edək ki, 38 yaşlı futbolçu 2021-ci ildən “Latsio”da çıxış edirdi. O, cari mövsüm A Seriyasında 28 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN