“Kral klubu” əfsanələrindən biri ilə vidalaşır
Dani Karvaxal mövsümün sonunda “Real Madrid”dən ayrılacaq.
TodayPress TV “The Athletic” nəşrinə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi 34 yaşlı müdafiəçi ilə müqaviləni yeniləməmək qərarı verib.
Futbolçu artıq bu qərarla bağlı məlumatlandırılıb.
Mənbənin məlumatına görə, Karvaxalın karyerasını Səudiyyə Ərəbistanında və ya Yaxın Şərqin başqa ölkəsində davam etdirməsi bölgədəki gərgin vəziyyət səbəbindən çətin görünür.
Qeyd edək ki, Dani Karvaxal “Real Madrid”in yetirməsidir. Təcrübəli futbolçu “Real”ın heyətində bütün turnirlər daxil olmaqla iştirak etdiyi 449 oyunda 14 qol vurub və 65 məhsuldar ötürmə edib. O, Madrid təmsilçisi ilə 6 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə isə La Liqanın qalibi olub.
Namiq HUN