FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş

FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
15.05.2026 21:35 İdman

FIFA-nın “Qarabağ”a tətbiq etdiyi transfer qadağası ləğv olunub. Ali futbol qurumu mayın 8-də qoyduğu “stop”u bu gün götürüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Sportinfo.az” məlumat yayıb.

FIFA Premyer Liqa təmsilçisinin növbəti 3 transfer dönəmində oyunçu alışına qadağa qoymuşdu. Lakin məlum olub ki, “Qarabağ”ın bu məsələ ilə bağlı problemi həllini tapıb. Vitse-çempion bir neçə gün əvvəl transfer qadağası ilə üzləşən “Neftçi” ilə eyni taleyi yaşayıb.

Sayt son olayla bağlı mühüm bilgi əldə edib. Alınan informasiyaya görə, “Qarabağ” Julio Romaoya görə bu vəziyyətlə üzləşib. Belə ki, braziliyalı yarımmüdafiəçini 2022-cü ilin yayında sıralarına qatan “köhlən atlar”dan FIFA-ya şikayət edən “Santa Klara” olub.

Portuqaliya klubu 2025-ci ilin yayında “Qarabağ”ın Romaonu “Ferentsvaroş”a göndərib, əvəzində Kadi Borgesi geri qaytardığı transfer əməliyyatına görə beynəlxalq quruma öz narazılığını bildirib. “Santa Klara” bu “dəyiş-düyüş”ə görə təzminat tələbi irəli sürüb.

Bu səbəbdən FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu “qırmızı siyahıya salıb”. Yalnız əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qaldırılıb.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 All News