DYP rayondan qayıdan sürücülərə müraciət etdi

DYP rayondan qayıdan sürücülərə müraciət etdi
30.03.2026 10:33 Hadisə

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərinin bitməsi ilə daimi yaşayış yerlərinə qayıdan sürücülərə müraciət edib.

İdarədən TodayPress TV-yə verilən məlumata görə, bayramlarla əlaqədar qeyri-iş günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakı ilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyi müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək qayıdış zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməməyi xahiş edir: "Bununla yanaşı, sürücülərə yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamaq, yol və hava şəraitini düzgün qiymətləndirmək, hərəkət zamanı sürət həddini mövcud şəraitə uyğun seçmək, ara məsafəsini qorumaq, ötmə və digər manevrlər zamanı xüsusilə diqqətli olmaq vacibdir.

Eyni zamanda, sürücülərin uzun məsafəli səfərlər zamanı fasilələrlə istirahət etmələri, diqqəti yayındıran amillərdən, xüsusilə mobil telefondan istifadə hallarına yol verməmələri, bu kimi davranışlardan uzaq durmaları tələb olunur.

BDYPİ hərəkət iştirakçılarını yollarda məsuliyyətli olmağa və qaydalara ciddi əməl etməyə çağırır".

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 All News