DİN kibertalamalarla bağlı əhaliyə çağırış etdi

DİN kibertalamalarla bağlı əhaliyə çağırış etdi
10.10.2025 10:25 Hadisə

Daxili İşlər Nazirliyi kibertalamalarla bağlı əhaliyə çağırış edib.

Bu barədə TodayPress TV-yə nazirlikdən məlumat verilib.

Bildirilib ki, dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək "mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin" deyə, sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər:

"Hətta görüntülü zəng etməklə sizi daha da özünə inandırıb yönləndirə, təlimatlar verib telefonunuzun dilini dəyişdirərək kartınızdakı pulu oğurlaya bilərlər. Bir daha qeyd edirik ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının məxfi şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron məktub göndərmir. Hansısa şübhəli əməliyyat aşkarladıqda, hətta sistemdə çətinliklər yaransa belə heç bir bankın əməkdaşının sizdən məxfi kart məlumatlarını soruşmağa ehtiyacı yoxdur".

Məlumatda qeyd edilib ki, bank əməkdaşı sizdən yalnız kartınızın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqənizin FİN kodunu istəyə bilər:

"Anlamalıyıq ki, bank kartınızın tam nömrəsini, PİN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, sizə SMS göndərən şəxslər dələduzlardır. Onlara inanmayın, şübhələndiyiniz ilk anda zəngi sonlandırın. Gəlin, kartınızın təhlükəsizliyini birgə qoruyaq!".

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Konstruksiyalardan və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 DİQQƏT! Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır 09:58 Qatarın qarşısına qəflətən çıxan gənc öldü 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Ukraynanı yenidən vurdu: Ölənlər və yaralananlar var - VİDEO 09:09 Sanksiya siqnalı verildi: ABŞ Omanı niyə hədəf aldı? 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Bütün Xəbərlər