Elşad Mirini efirə qoymadılar — Televiziyalara savaş açdı

Elşad Mirini efirə qoymadılar — Televiziyalara savaş açdı
29.05.2026 18:33 Gündəm

İlahiyyatçı alim Elşad Miri bəzi televiziya kanallarında ona qadağa tətbiq olunduğunu iddia edərək, bunun məzhəb amili ilə əlaqəli olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Elşad Miri bu barədə özünün “Facebook” hesabında paylaşım edib.


İlahiyyatçı İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımovun yenidən bu vəzifəyə seçilməsi xəbərindən sonra yazdığı statusa diqqət çəkib.

“İctimai TV-dəki şəxsimə olan qadağa yenə qüvvəsində qalacaq. Məzhəbçilik çox pisdir, çox”, – deyə o qeyd edib.

Elşad Miri bildirib ki, onun üçün əsas məsələ efirə çıxarılıb-çıxarılmaması deyil, bəzi media rəhbərlərinin məsələlərə məzhəb prizmasından yanaşmasıdır.

“Burada unudulan nüans hansısa kanala dəvət edilib-edilməməyim deyil. Məzhəbçiliyin təhlükəli olduğunu göstərməkdir”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, İctimai TV-də çalışan bəzi şəxslər çıxışlarının kanal rəhbərliyinin məzhəbi baxışlarına uyğun gəlmədiyi üçün onu verilişlərə dəvət edə bilmədiklərini bildiriblər.

Elşad Miri paylaşımında millət vəkili Fazil Mustafa ilə bağlı da iddia səsləndirib.

“İctimai TV-nin qapıları illərdir Fazil bəyin üzünə də qapalıdır”, – deyə o yazıb.

İlahiyyatçı daha sonra bəzi digər televiziya kanallarında da oxşar münasibətlə üzləşdiyini iddia edib. O, Mirşahin Ağayev, Murad Dadaşov və digər media rəhbərlərinin adlarını çəkərək bu barədə fikirlərini bölüşüb.

Elşad Miri sosial şəbəkələrdə və internet platformalarında geniş auditoriyaya malik olduğunu bildirərək, televiziya efirlərinə çıxmaq niyyətində olmadığını qeyd edib.

“Allaha şükürlər olsun, internet resurslarında 100 minlərlə abunəsi olan müxtəlif kanallarım var və hansısa kanala çıxmaq arzusunda da deyiləm”, – deyə o əlavə edib.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 All News