Müəllimlərin işə qəbulu niyə ödənişli edilir? – AÇIQLAMA

Müəllimlərin işə qəbulu niyə ödənişli edilir? – AÇIQLAMA
16.01.2026 18:00 Elm və Təhsil

"Müəllimlərin işə qəbulu müsabiqəsinin ödənişli olması ilk baxışdan birmənalı qarşılanmaya bilər. Lakin qərara ancaq “ödəniş” prizmasından baxmaq düzgün olmaz".

Bu fikirləri TodayPress TV-yə açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib.


Onun sözlərinə görə, əsas məsələ bu addımın hansı institusional məqsədlərə xidmət etməsidir:

"Əvvəla, ödəniş mexanizmi müsabiqədə formal və məsuliyyətsiz iştirakın qarşısını almağa xidmət edə bilər. Son illər müşahidə olunurdu ki, real niyyəti və hazırlığı olmayan şəxslər də kütləvi şəkildə müraciət edir, bu isə həm sistemin yükünü artırır, həm də qiymətləndirmə prosesində əlavə resurs itkisinə səbəb olur. Simvolik də olsa ödəniş mexanizmi namizədləri daha düşünülmüş qərar verməyə təşviq edir".

Ekspert vurğulayıb ki, ikinci mühüm məqam əldə olunan vəsaitin imtahan prosesinin keyfiyyətinin artırılmasına yönəldilməsidir: 

"Bu, texniki təminatın gücləndirilməsi, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, şəffaflığın və operativliyin artırılması baxımından əhəmiyyətlidir. Yəni məqsəd gəlir əldə etmək deyil, prosesin daha dayanıqlı və səmərəli idarə olunmasıdır.

Eyni zamanda qərarda sosial həssaslıq da nəzərə alınıb. İlk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailələri və müharibə veteranlarının ödənişdən azad edilməsi onu göstərir ki, bu mexanizm sosial ədalət prinsipləri ilə uzlaşdırılıb. Bu yanaşma dövlətin müəllim peşəsinə çıxışı məhdudlaşdırmaq yox, əksinə, daha ədalətli mühit yaratmaq niyyətini ortaya qoyur".

Əmrah Həsənlinin fikrincə, ümumilikdə bu qərar müəllimlərin işə qəbulu prosesinə intizam, məsuliyyət və institusional yanaşma gətirə bilər. Lakin nəticənin müsbət olması üçün ödənişin məbləği optimal seçilməli, proses tam şəffaf aparılmalı və ictimaiyyətə açıq şəkildə izah olunmalıdır:

"Əsas hədəf say yox, keyfiyyət olmalıdır. Müəllimlərin işə qəbulu (MİQ) sistemi müəllim peşəsinin nüfuzunu qoruyan və gücləndirən mexanizm kimi fəaliyyət göstərməlidir.

Bu baxımdan qərarın effektivliyi onun tətbiq formasından asılı olacaq və düzgün icra olunduğu təqdirdə təhsil sistemində daha sağlam seçim mühiti formalaşdıra bilər", - deyə o bildirib.

Qeyd edək ki, MİQ ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq.

Bununla bağlı Prezident İlham Əliyev "Ümumi təhsil haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı alan şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 All News