Tusk Polşanın Baltik dənizi planlarını açıqladı
Polşanın Baş naziri Donald Tusk Yeni il müraciətində ölkəsinin Baltik dənizi regionunda mövqelərini gücləndirməyi planlaşdırdığını açıqlayıb.
TodayPress TV "Lenta.ru"ya istinadən xəbər verir ki, o, 2026-cı ilə qədər infrastruktura əsaslanan investisiyaların sürətləndiriləcəyini və bu dövrün Polşa üçün Baltik dənizi istiqamətində fəal inkişaf ili olacağını bildirib.
Tuskun sözlərinə görə, hökumət eyni zamanda 2026-cı ilədək Avropanın ən güclü ordularından birinin yaradılmasını da sürətləndirməyi hədəfləyir.
Xatırladaq ki, daha əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Finlandiya və İsveçin NATO-ya qoşulmasından sonra Baltik dənizini alyansın “daxili dənizi” adlandırmışdı. O, Rusiyanın bölgədəki fəaliyyətini Avropa və Qərb üçün təhlükə kimi qiymətləndirmişdi.
Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış da Baltik sahillərində 18 radar stansiyasının yerləşdirilməsinin planlaşdırıldığını, müşahidə sisteminin Kalininqrad vilayəti ilə həmsərhəd əraziləri əhatə edəcəyini açıqlamışdı.
Jalə Rövşən