Pakistanda binanın uçması nəticəsində ölənlərin sayı 17-yə çatdı
Pakistandakı Karaçi şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.
TodayPress TV xəbər verir ki, bu barədə “Xinhua” bildirib.
Əməliyyatın sözçüsü Həssan əl-Həsib Xan deyib ki, xüsusi avadanlıqların qeydlərinə əsasən, dağıntılar altında hələ də azı 10 nəfər sağdır:
“Əlimizdən gələni edirik ki, onları tez, amma ehtiyatla xilas edək”, – o bildirib.
Hadisə yerinə beş fəlakətə müdaxilə maşını, iki avtonərdivan, bir neçə təcili tibbi yardım maşını, kran və qaldırıcı texnika cəlb olunub. 100-dən çox xilasedici axtarış-xilasetmə əməliyyatında iştirak edir.
Xilasetmə işləri 20 saatdan artıqdır ki, davam edir və bu prosesin daha 7–8 saat çəkəcəyi gözlənilir.
Qiymət Mahir