"Microsoft" Hindistanın neft emalı zavodunu bağlayır

"Microsoft" Hindistanın neft emalı zavodunu bağlayır
05.08.2025 12:43 Dünya

"Microsoft" Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əsasən, Hindistanın "Nayara Energy" şirkətini müvəqqəti olaraq bulud xidmətlərindən ayırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Register" məlumat yayıb.

Bildirilir ki, məsələ 18 iyulda Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləməsi ilə başlayıb. Sanksiyalar sənədində qeyd olunub ki, Vadinar şəhərindəki neft emalı zavoduna sahib olan "Nayara Energy"nin 49%-i Rusiyanın dövlət neft şirkəti “Rosneft”ə məxsusdur.

Aİ bu əlaqəni "Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi" kimi qiymətləndirib və "Nayara Energy"ni sanksiyalar siyahısına daxil edib.

"Nayara Energy" bu qərarı “əsassız və birtərəfli addım”, həmçinin “Hindistanın suverenliyinə hörmətsizlik” kimi qiymətləndirib.

Sanksiyalara cavab olaraq "Microsoft" "Nayara Energy"nin "Outlook" korporativ e-poçt və "Teams" əməkdaşlıq platforması da daxil olmaqla bütün bulud xidmətlərini dayandırıb.

Buna cavab olaraq "Nayara Energy" "Microsoft"u müqavilə şərtlərini pozmaqda ittiham edib və məhkəməyə müraciət edib. Ancaq məhkəmə qərarı olmadan cəmi iki gün sonra, "Microsoft" xidmətlərin göstərilməsini bərpa edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
02 IYUN 2026
“Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Bütün Xəbərlər