Britaniya Gürcüstan ərazilərinin işğalını qınadı

Britaniya Gürcüstan ərazilərinin işğalını qınadı
09.10.2025 04:21 Dünya

Böyük Britaniya Rusiyanın Gürcüstanın işğal olunmuş ərazilərində hərbi fəaliyyətini qəti şəkildə pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Səfirliyin açıqlamasında bildirilir ki, Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının iclasında Böyük Britaniya Gürcüstanın suverenliyinə dəstəyini bir daha təsdiqləyib. Qətnamə Rusiyanın işğalı nəticəsində insan hüquqlarının pozulmasını və yaranan humanitar problemləri vurğulayır.

Böyük Britaniyanın Avropa üzrə dövlət naziri Stiven Douti bildirib ki, Rusiya hərbi qüvvələrini geri çəkməli, müstəqil regionların tanınmasını ləğv etməli və beynəlxalq insan hüquqları monitorinqi aparanların bölgəyə girişinə imkan yaratmalıdır. "17 ildir ki, Rusiya Abxaziya və Sxinvali regionları üzərində qeyri-qanuni hərbi nəzarət həyata keçirir ki, bu da beynəlxalq hüququ pozur və etnik gürcüləri əsas hüquqlarından məhrum edir. Bu işğala son qoyulmalıdır," – deyə o əlavə edib.

Qeyd edək ki, 2025-ci il oktyabrın 8-də Cenevrədə BMT İnsan Hüquqları Şurası Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı "Gürcüstanla əməkdaşlıq" adlı qətnamə qəbul edib. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, qətnaməni Şuranın iclasında nazir müavini Laşa Darsaliya təqdim edib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər