Yeni binalar enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq

Yeni binalar enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq
10.10.2025 15:18 Daxili siyasət

Milli Məclis yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılmasının məcburiliyini ilk oxunuşda qəbul edib.

TodayPress TV xəbər verir ki, bu, parlamentin payız sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılan "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri istisnadır.

İclasda qeyd olunub ki, son illərdə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində kompleks tədbirlər icra olunur, o cümlədən normativ hüquqi bazanın təkmiləşdirilməsi həyata keçirilir. Qanun layihəsi həmin məqsədlərdən irəli gələrək yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılmasının məcburiliyini təsbit edir, eyni zamanda pasportlaşdırılmanın məcburiliyi istisna olunan bina kateqoriyalarını müəyyən edir.

Pasportlaşdırma bu qanun qüvvəyə mindikdan sonra binalar üçün məcburi olacaq, istismarda olan binalara şamil olunmayacaq.

Qüvvədə olan Qanunun 17.1.2-ci maddəsində binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları öz əksini tapıb və həmin qaydaları Nazirlər Kabineti təsdiq edəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SEPAH-dan təxliyə əmri - ABŞ və İsrail ordusundan döyüş hazırlığı 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Bütün Xəbərlər