Müasir din təhsili modelləri ilə bağlı beynəlxalq simpozium keçiriləcək

Müasir din təhsili modelləri ilə bağlı beynəlxalq simpozium keçiriləcək
20.10.2025 12:01 Daxili siyasət

Bakıda "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpozium keçiriləcək.

TodayPress TV xəbər verir ki, simpozium oktyabrın 22-23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Məqsəd Azərbaycanda və dünyada din təhsili sahəsində mövcud vəziyyət, qarşıya çıxan problemlərin təhlili və onların həlli istiqamətində təkliflərin müzakirəsi, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılmasıdır.

Simpoziumda dünyəvi dövlətdə dini təhsilin konstitusional və hüquqi əsasları, eləcə də dini təhsilin tolerantlıq və multikulturalizm, əxlaqi dəyərlər, ictimai inkişaf kimi anlayışlarla qarşılıqlı təsiri, postsovet məkanında din təhsili məsələləri, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində Ulu Öndər Heydər Əliyevin rolu, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə siyasətinin uğurlu nəticələrinə həsr olunmuş məruzələr dinləniləcək.

Beynəlxalq tədbirdə dövlət rəsmiləri, dini konfessiyaların, yerli ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqın nüfuzlu universitetlərinin rəhbərləri, alim və mütəxəssislərindən ibarət 40-a yaxın xarici qonağın iştirakı nəzərdə tutulur.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər