Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndiriləcək

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndiriləcək
14.07.2025 11:53 Daxili siyasət

Milli Məclis Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsini son oxunuşda qəbul edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif edilən dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub.

Qeyd olunub ki, hazırda məktəbəqədər yaşlı uşaqların təhsili yalnız məktəbəqədər təhsil müəssisələrində deyil, həm də məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəblərində və uşaqlar üçün icma əsaslı təlim qruplarında həyata keçirilir.

Aparılan araşdırmalar göstərir ki, ölkədə fəaliyyət göstərən bəzi özəl uşaq inkişaf mərkəzlərində məktəbəqədər yaşlı uşaqların təhsili praktikası mövcuddur.

Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması məqsədilə “Təhsil haqqında” qanunun 18.5-ci maddəsində məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, “Məktəbəqədər təhsil haqqında” qanunun 8.5-ci maddəsində məktəbəhazırlığın həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, eləcə də həmin qanunun 11.4-cü maddəsi ilə müəyyən edilən məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin növlərinə isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin əlavə edilməsi təklif olunur.

Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və ya ailədə həyata keçirilə bilər.

Təqdim edilən sənəd müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

XƏBƏR LENTİ
02 IYUN 2026
Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Bütün Xəbərlər