Azərbaycan və Türkiyə insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Türkiyə insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığı müzakirə etdi
29.09.2025 18:15 Daxili siyasət

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 29-da ölkəmizdə səfərdə olan Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin Altunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Milli Məclisin sədri qonağı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında münasibətlərin əsasında xalqlarımızın ortaq tarixi, dili, dini, milli-mənəvi dəyərlərinin dayandığı, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan ölkələrimizin daim bir-birinin yanında olduğu bildirilib. Qeyd olunub ki, bu gün dövlət başçılarımızın qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin nəticəsidir ki, dövlətlərarası münasibətlər müttəfiqlik səviyyəsinə çatıb.

Söhbət zamanı spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında da geniş əlaqələrin mövcud olduğunu, parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla əməkdaşlıq etdiyini qeyd edib.

Görüşdə Ombudsmanla Milli Məclis arasında sıx əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. Həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu arasında sıx əməkdaşlığın olması da təqdirəlayiq hal kimi qiymətləndirilib.

Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin Altun Azərbaycanın qazandığı uğurlardan, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən məmnunluqla danışıb. O, bildirib ki, müasir dövrdə dünyada hökm sürən ikili standartlar beynəlxalq səviyyədə əməkdaşlığımızı daha da gücləndirməyə və buna qarşı birgə fəaliyyətimizi artırmağa sövq edir.

Görüşdə insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi qeyd edilib, bu sahədə qanunverici orqanların mühüm rolu vurğulanıb.

TodayPress TV

FOTOLAR

Azərbaycan və Türkiyə insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığı müzakirə etdi — 1
XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər