“Yeni layihələrdə yaşıllıq planı ən azı 50 faiz təşkil etməlidir”
“Yeni layihələrdə yaşıllıq planı ən azı 50 faiz təşkil etməlidir. Amma bu ekoloji tələb praktikada tam şəkildə icra olunurmu? Təəssüf ki, xeyr”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 130/Ü nömrəli 20.02.2026-cı il tarixli Əmri ilə təsdiq edilmiş İş Planı üzrə “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativ və məhdudiyyətlər” mövzusunda tədbirdə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
Onun sözlərinə görə, problem kompleks şəkildə həll edilmədiyi üçün görülən işlərin faydalı iş əmsalı da kifayət qədər yüksək olmur:
“Şəhərsalma yalnız bina tikməkdən ibarət deyil. Hər şey bir-biri ilə əlaqəli şəkildə planlaşdırılmalıdır. Əgər tələb olunan meyarlar tam şəkildə təmin olunsa, Bakıdakı evlərin, kirayələrin qiyməti 10 dəfə artar. Hər şey bir-biri ilə bağlıdır və daha yaxşıya doğru getməliyik”.
Qiymət Mahir