Qusarda Polis Akademiyasına qəbulla bağlı görüş keçirildi

Qusarda Polis Akademiyasına qəbulla bağlı görüş keçirildi
31.05.2025 11:37 Cəmiyyət

Qusar rayonun 6 nömrəli məktəbində VIII-X sinif şagirdləri ilə Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə görüş keçirilib. 

TodayPress TV xəbər verir ki, tədbirdə Qusar RPŞ-nin rəisi, polis polkovniki Azər Əfəndiyev, RPŞ-nin ƏİÜ rəis müavini, polis polkovniki Ceyhun Osmanov, Polis Akademiyasının əməkdaşı polis polkovnik-leytenantı Eldəniz Kazımov və RPŞ-nin digər əməkdaşları, həmçinin müəllim və valideynlər iştirak ediblər. 

Çıxış edən polis rəisi A.Əfəndiyev daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyası ilə bağlı ətraflı məlumatlar verib. 

Azərbaycanın daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, Vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərlə söhbətlər aparıb. 

Daha sonra çıxış edən E.Kazımov şagirdlərə Polis Akademiyasına qəbulun şərtləri,üstünlükləri və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verib. 

Görüşün sonunda dinləyicilərin sualları cavablandırılıb, eləcə də Polis Akademiyasının tədris korpusu və yataqxana kompleksindən bəhs edən video çarx nümayiş etdirilib.

FOTOLAR

Qusarda Polis Akademiyasına qəbulla bağlı görüş keçirildi — 1
Qusarda Polis Akademiyasına qəbulla bağlı görüş keçirildi — 2
Qusarda Polis Akademiyasına qəbulla bağlı görüş keçirildi — 3
XƏBƏR LENTİ
01 IYUN 2026
Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bütün Xəbərlər