Qubada din xadimləri üçün seminar-treninq keçirildi

Qubada din xadimləri üçün seminar-treninq keçirildi
21.08.2025 17:15 Cəmiyyət

Avqustun 20-21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Qubada din xadimləri üçün seminar-treninq keçirilib.

Bu barədə TodayPress TV-yə Komitədən məlumat verilib.

Bölgənin din xadimləri və dini icma sədrlərinin iştirak etdiyi tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov “İslamda məzhəb anlayışı və məzhəbçiliklə mübarizə” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, məzhəblər Quran və hədislərin şərhində müxtəlif yanaşmaları ifadə edir, dini düşüncə sistemlərinin formalaşmasında mühüm rol oynayır və dinin özü deyil, onu anlama üsullarıdır. Lakin məzhəblərin yeganə həqiqət kimi təqdim olunması dözümsüzlük və parçalanmaya səbəb olur. Elvüsal Məmmədov vurğulayıb ki, məzhəb müxtəlifliyi qarşıdurma deyil, əməkdaşlıq və həmrəylik üçün imkan kimi qəbul edilməlidir.

Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli isə “Müasir gənclik və İslam: din xadimləri nə etməlidir?” mövzusunda çıxış edib. O, müasir gənclərin bəzi hallarda sosial medianın təsiri ilə mənəvi boşluğa düşdüyünü, radikal ideoloji təsirlərə məruz qaldığını bildirib. Məruzəçi vurğulayıb ki, din xadimləri gənclərlə səmimi münasibət qurmalı, onların suallarına anlaşılan dildə cavab verməli, İslamın həyatdakı məqsəd və mənanı izah etmə gücünü göstərməlidirlər. Elnur Əzimli qeyd edib ki, din xadimləri yalnız bilgiləri ilə deyil, şəxsi nümunələri ilə də gənclərə təsir göstərərək rol model olmalıdırlar.

Seminarda Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi, “İlahiyyat” məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov “Zərərli dini cərəyanlara qarşı mübarizə üsulları” mövzusunda çıxış edib. O bu cərəyanların dini mətnləri radikal şəkildə təfsir edərək ənənəvi İslam təlimlərinə və milli-mədəni irsə zidd mövqelər sərgilədiyini qeyd edib. Onların dini birliyə qarşı yönəlmiş fikirlər yayması cəmiyyətdə parçalanma yaradır. Məruzəçi vurğulayıb ki, bu yanaşmalara qarşı maarifləndirmə, sağlam dini bilgilərin təbliği və ənənəvi dini təcrübələrin müdafiəsi vacibdir. Din xadimləri İslamın birləşdirici və mülayim mahiyyətini cəmiyyətə çatdırmalıdırlar.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev “Azərbaycanda dini mühit və kənar təsirlər” mövzusunda çıxış edib. O, dinin təkcə mənəvi deyil, həm də milli təhlükəsizlik məsələsi olduğunu vurğulayaraq, qlobal informasiya axını və regional proseslərin dini mühitə təsirsiz ötüşmədiyini qeyd edib. Məruzəçi din xadimlərinin yüksək savada malik olmasının, məscidləri maarifləndirici və milli birliyi möhkəmləndirən məkana çevirməsinin vacibliyini qeyd edib. Bildirib ki, sağlam dini mühitin qorunması ölkənin ideoloji təhlükəsizliyinin əsas şərtidir.

Seminar-treninqin sonunda iştirakçılar arasında müzakirələr aparılıb, suallar cavablandırılıb, din xadimlərinin cəmiyyətdəki rolu və məsuliyyəti müzakirə olunub. Tədbirdə yekdilliklə vurğulanıb ki, İslam birliyə, qarşılıqlı hörmətə və maarifçiliyə çağırır və din xadimləri məzhəbçilik, dini radikalizm və digər dini-ideoloji yad təsirlərlə mübarizədə ön sırada dayanmalıdırlar.

FOTOLAR

Qubada din xadimləri üçün seminar-treninq keçirildi — 1
Qubada din xadimləri üçün seminar-treninq keçirildi — 2
Qubada din xadimləri üçün seminar-treninq keçirildi — 3
Qubada din xadimləri üçün seminar-treninq keçirildi — 4
Qubada din xadimləri üçün seminar-treninq keçirildi — 5
Qubada din xadimləri üçün seminar-treninq keçirildi — 6
Qubada din xadimləri üçün seminar-treninq keçirildi — 7
Qubada din xadimləri üçün seminar-treninq keçirildi — 8
Qubada din xadimləri üçün seminar-treninq keçirildi — 9
XƏBƏR LENTİ
02 IYUN 2026
Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 Bütün Xəbərlər