Ombudsmanın təşəbbüsü ilə “İnformasiya əldə etmək hüququnun təmini” adlı tədbir keçirildi

Ombudsmanın təşəbbüsü ilə “İnformasiya əldə etmək hüququnun təmini” adlı tədbir keçirildi
24.09.2025 16:53 Cəmiyyət

Bu il  Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən 28 sentyabr tarixinin  Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı günü kimi elan etməsinin 10 illiyi qeyd edilir.

TodayPress TV xəbər verir ki, bu gün ərəfəsində və “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə “İnformasiya əldə etmək hüququnun təmini” mövzusunda təşkil olunan silsilə tədbirlərin davamı kimi 23 sentyabr tarixində Şəki “ASAN Xidmət” Mərkəzində növbəti maarifləndirmə tədbiri keçirilib.

İnformasiya əldə etmək hüququnun təmini və təbliği istiqamətində təşkil olunmuş bu tədbirdə vətəndaşlar, Şəki “ASAN Xidmət” Mərkəzinin əməkdaşları və Şəki şəhərində fəaliyyət göstərən informasiya sahibləri olan müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Şəki “ASAN Xidmət” Mərkəzinin direktoru Bəhruz Nəsibov və Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarına Müvəkkilin fəaliyyətinə dair ətraflı məlumat veriblər. Daha sonra şöbənin digər əməkdaşları təqdimatlarla Müvəkkilin informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirməsinin xüsusiyyətləri, informasiya əldə etmək hüququnun təmini və təbliği, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, Ombudsmanın protokol tərtib etmək səlahiyyəti, monitorinq və təhlillərin həyata keçirilməsi ilə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Qeyd edilənlərlə yanaşı, “İnformasiya əldə etmək hüququnun təmini” adlı videoçarx nümayiş etdirilib və informasiya əldə etmək hüququ ilə bağlı maarifləndirici çap vəsaitlərinin təqdimatı keçirilərək həmin vəsaitlər hər kəs üçün əlçatan olan yerlərdə yerləşdirilməsi üçün Şəki “ASAN Xidmət” Mərkəzinə təqdim edilib.

Tədbirin sonunda mövzu üzrə fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər