Naxçıvanda heyvan xəstəliklərindən azad zonalar yaradılacaq

Naxçıvanda heyvan xəstəliklərindən azad zonalar yaradılacaq
15.09.2025 16:27 Cəmiyyət

Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanacaq. Bu təşəbbüs bölgədə baytarlıq nəzarətinin gücləndirilməsi, heyvandarlıq məhsullarının keyfiyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm addım hesab olunur.  

TodayPress TV xəbər verir ki, heyvan xəstəliklərindən azad statusun alınması, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə əsas müzakirə mövzusu olub.

Görüş zamanı qeyd olunub ki, ilk növbədə azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinin qarşısının alınmasına yönəldiləcək və “peyvəndləmə ilə azad” statusun əldə olunması istiqamətində praktiki işlərə başlanacaq. Epizootoloji, diaqnostik, logistik və digər tədbirlərin icrasından sonra Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət ediləcək. 

Beynəlxalq ticarət qaydalarına görə, heyvanlar və heyvan mənşəli məhsullar yalnız xəstəlik olmayan ölkələrdən, ya da beynəlxalq standartlara uyğun sağlamlıq statusu tanınan regionlardan ixrac edilə bilər. Bölgənin gələcək tranzit potensialını nəzərə alaraq, Naxçıvanda heyvan xəstəliklərindən azad statusun alınması yerli məhsulların ixracı və tranzit daşınması baxımından əhəmiyyətli rol oynayacaq. 

Görüşdə heyvanların identifikasiyası, seroloji monitorinqlərin aparılması, vaksinasiya, qida təhlükəsizliyinə nəzarət məntəqələri, laboratoriyaların yaradılması və digər vacib məsələlər də müzakirə olunub. Bütün bu işlərə dair birgə tədbirlər planı hazırlanıb və əməli işlərə başlanması barədə razılıq əldə edilib. 

Heyvan xəstəliklərindən azad zonaların yaradılması “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi üçün prioritet mövzulardan biridir. 

Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər