Məhv edilmiş yaşıllıq sahəsi bərpa olundu

Məhv edilmiş yaşıllıq sahəsi bərpa olundu
19.05.2025 11:11 Cəmiyyət

Abşeron rayonu, Bakı-Quba yolunun sol tərəfində, Ekoloji nəzarət postunun yaxınlığındakı yaşıllıq sahədə ağacların məhv edilməsi ilə bağlı daxil olmuş məlumat 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.   

Bu barədə TodayPress TV-yə İdarə rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanı sözügedən yaşıllıq ərazinin “Qar-Daş Company” MMC-nin icarəsində olduğu məlum olub. 

“Əraziyə keçirilən baxış zamanı yaşıllıq sahədə bir müddət öncə ağır texnika vasitəsilə qazıntı işlərinin aparıldığı və nəticədə 64 ağacın məhv edildiyi və zədələndiyi müəyyən edilib. Araşdırma zamanı təbiətə 13700 manat məbləğində ziyan dəydiyi məlum olub”.   

İdarə rəisinin sözlərinə görə, faktla bağlı akt tərtib olunub.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır. 

“Baş verən hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə idarə əməkdaşlarının təşəbbüsü ilə yaşıllıq sahədə iməcilik təşkil olunub, ərazi tullantılardan təmizlənib və məhv edilmiş ağacların əvəzinə dibçəklərdə yetişdirilən 60-dan çox şam ağacı əkilərək yaşıllıq sahəsi bərpa olunub”.

NEWS FEED
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 All News