Gəncənin deputatından ölkəni sarsıdan hadisəyə MÜNASİBƏT

Gəncənin deputatından ölkəni sarsıdan hadisəyə MÜNASİBƏT
16.05.2025 17:43 Cəmiyyət

“Cəmiyyətimizdə belə ağır və ağlasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik”.

TodayPress Tv xəbər verir ki, bu fikirləri Milli Məclisin Gəncədən olan deputatı Naqif Həmzəyev öz “Facebook” hesabında yazıb.

O, Gəncədə döyülərək qətlə yetirilən 18 yaşlı Elgün İbrahimovun ölümünə münasibət bildirib:

“Çox təəssüf ki, belə amansız hadisə baş verib. Çox üzülür və kədərlənirəm. Azərbaycan polisi və güc orqanları cinayəti törətmiş şəxs və ya şəxsləri mütləq tapacaq. Cinayətkarlar cəzasız qalmayacaq. Qanun qarşısında cavab verəcək.  Elgünün ailəsinə və yaxınlarına başsağlığı verirəm. Allah səbr versin. Normal insan belə hadisə törədə bilməz. Tezliklə cinayətin səbəb və təfərrüatlarını öyrənəcəyimizə ümid edirik. Cəmiyyətimizdə belə ağır və ağlasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik”. 

Deputat qeyd edib ki, təhsil müəssisələri, valideynlər, aidiyyatı qurumlar səfərbər olmalı, uşaqlarımızın, yeniyetmə gənclərin tərbiyəsinə daha çox yatırım etməlidirlər. 

“Uşaqların ən həssas dönəmlərində onları qətiyyən tək qoymaq olmaz. Kaş bu hadisə baş verməzdi. Bir gəncin, bir ailənin ümidi puç olmazdı...” 

Qeyd edək ki, martın 12-si axşam saatlarında Gəncədə vəhşicəsinə qətlə yetirilən 18 yaşlı Elgün İbrahimovun qatil və ya qatillərinin axtarışları davam edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər