FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
14.06.2025 14:28 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlarda və regional mərkəzlərdə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Tədbirlərdə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Dahi Rəhbərin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər xalqın tələb və təkidi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışına qədər ölkəmizdə yaranmış dərin böhrandan, xalqımızı gözləyən faciələrdən bəhs ediblər. Bildirilib ki, səriştəsiz idarəçilik nəticəsində Azərbaycan tarix səhnəsindən silinmək, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı mürəkkəb bir zamanda xalqımızın Böyük Oğlu Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürərək Vətəni və xalqı qarşısında növbəti misilsiz xidmət göstərdi. Məhz Ulu Öndərin titanik fəaliyyəti nəticəsində dövlətimiz məhv olmaq təhlükəsindən xilas olundu, hərc-mərcliyə və ölkəmizin düşdüyü dərin böhrana son qoyuldu. Ulu Öndərin dahi uzaqgörənliklə yaratdığı mükəmməl idarəetmə sistemi Azərbaycanın bir dövlət olaraq iqtisadi və siyasi cəhətdən möhkəmlənməsinə, dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilməsinə səbəb oldu. Genişmiqyaslı, hərtərəfli islahatlar nəticəsində ölkəmiz çiçəklənmə, xalqımız rifah yoluna qədəm qoydu, qüdrətli Azərbaycan dövlətinin sarsılmaz əsasları yaradıldı.

Xüsusi vurğulanıvb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxıb. Dahi Rəhbərin mütərəqqi siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan regionun lider dövlətinə çevrilib, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərlə Qarabağ erməni separatçılarından təmizlənib. Təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoyan parlaq Qələbə sayəsində işğaldan azad olunan ərazilərimizdə artıq geniş bərpa-quruculuq işləri aparılır. Əsaslı ictimai-siyasi sabitliyə və dinamik iqtisadi tərəqqiyə malik olan Azərbaycan gələcəyə əmin addımlarla irəliləyir.

Tədbirlərin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film izlənilib.

FOTOLAR

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi — 1
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi — 2
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi — 3
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi — 4
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi — 5
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi — 6
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi — 7
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi — 8
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər