Azərbaycanda telekom şirkətləri bir mərkəzdən idarə olunacaq

Azərbaycanda telekom şirkətləri bir mərkəzdən idarə olunacaq
28.05.2026 06:00 Cəmiyyət

"AzInTelecom" MMC, "Aztelekom" MMC və "Azərpoçt" MMC şirkətləri arasında vahid ekosistemin formalaşdırılması üzərində fəaliyyət davam edir".

TodayPress TV xəbər verir ki, bu barədə "Report"a müsahibəsində "AZCON Holdinq"in icraçı direktoru Şahin Babayev bildirib.

Onun sözlərinə görə, Holdinqin tərkibində telekommunikasiya və nəqliyyat istiqamətləri ilə yanaşı, daxili proseslərin də sinerjik formada həyata keçirilməsi üzərində iş aparılır:

"İxtisaslaşmış mütəxəssislərin cəlb edilməsi kifayət qədər çətin prosesdir və bu səbəbdən bir neçə sahədə sinerji tətbiq olunur. Artıq Holdinqin daxilində kompetensiya mərkəzləri formalaşdırılıb. Bu, xüsusilə süni intellekt, informasiya texnologiyaları və rəqəmsallaşma sahələrini əhatə edir. Bundan başqa, satınalma proseslərinin və beynəlxalq tərəfdaşlarla əlaqələrin koordinasiyasında da sinerji mövcuddur. AZCON vahid Holdinq olaraq daha böyükmiqyaslı və strateji tərəfdaş qismində çıxış edir. Bu isə həm xərclərin optimallaşdırılmasına, həm də daha qabaqcıl texnoloji həllərə çıxış imkanlarının genişlənməsinə zəmin yaradır".

Ş.Babayev qeyd edib ki, "Bulud" texnologiyaları, süni intellekt infrastrukturu və dayanıqlı rabitə şəbəkələri artıq rəqəmsal dövlətin və iqtisadiyyatın fundamental dayaq nöqtələrinə çevrilib:

"İlk olaraq "bulud" xidmətləri istiqamətində reallaşdırılan layihələrə diqqət yetirmək lazımdır. "Bulud" xidmətlərindən yararlanmaq məqsədilə "AzInTelecom"un fəaliyyətdə olan data mərkəzinə indiyədək 287 qurum inteqrasiya olunub. Bu qurumlardan 147-si dövlət strukturlarına, 140-ı isə özəl sektora məxsusdur. Bununla yanaşı, mövcud tutumun artırılması istiqamətində "Hökumət buludu" layihəsi çərçivəsində yeni əsas və ehtiyat data mərkəzlərini əhatə edən ikimodullu data mərkəzinin tikintisi hələ də davam etdirilir. Bu yanaşma həm göstərilən xidmətlərin fasiləsizliyini, həm də kibertəhlükəsizlik müdafiəsini əhəmiyyətli dərəcədə möhkəmləndirəcək. Digər vacib istiqamət data texnologiyalarının intensiv inkişafını labüd edən süni intellekt sahəsidir. "AzInTelecom"un ölkədə ilk dəfə təsis etdiyi Superkompüter Mərkəzi məhz bu sahənin irəliləyişinə töhfə verir".

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 All News