Avtomobillərdən gələn təhlükə: Qara tüstü!

Avtomobillərdən gələn təhlükə: Qara tüstü!
23.10.2025 14:56 Cəmiyyət

Şəhər küçələrində tez-tez qara tüstü buraxan avtobus və avtomobillərə rast gəlmək olur. Bu hal həm ətraf mühitə, həm də insanların sağlamlığına ciddi zərər vurur.

Ekoloq Sevil Yüzbaşova mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, mühərrikdə yanacağın tam yanmaması nəticəsində əmələ gələn qara tüstü həm avtomobilin texniki nasazlığından, həm də aşağı keyfiyyətli yanacaqdan qaynaqlanır:

"Bu hadisə əsasən köhnə avtomobillərin nasaz mühərriklərində müşahidə olunur. Sadə dildə desək, mühərrik işləyərkən bütün yanacaq tam yanmır. Bu, nasaz karbürator, tıxanmış hava filtri və ya yanacağın keyfiyyətsiz olması ilə əlaqədar ola bilər. Aşağı keyfiyyətli yanacaqdan istifadə natamam yanmaya və his əmələ gəlməsinə gətirib çıxarır. Bu isə təkcə avtomobilin deyil, ətraf mühitin də çirklənməsinə səbəb olur. Yanacağın yanlış saxlanma və ya daşınma şəraiti, həmçinin kir və su ilə çirklənməsi də bu vəziyyəti yaradır. Əgər avtomobildən qara tüstü çıxırsa, bu, avtomobildə potensial problemlərin olduğuna işarədir".

Eskpert əlavə edib ki, nəqliyyat vasitələri atmosfer çirklənməsinin əsas mənbələrindəndir. Onların havaya buraxdığı qazlar smoq adlanan zərərli duman təbəqəsinin yaranmasına səbəb olur.

"Smoq havanın tüstü, his və duman qarışığı ilə çirklənməsidir. Başqa sözlə, havanın Yer səthinə yaxın qatının tüstü və hislə dolması nəticəsində yaranan dumanlı təbəqədir. Bu çirklənmə, əsasən böyük şəhərlərdə və sənaye rayonlarında, kimya müəssisələri, avtomobillər və digər mənbələrdən çıxan qazların təsiri nəticəsində meydana gəlir və sakit, az küləkli havalarda uzun müddət qalır.  Sənaye müəssisələrindən (xüsusilə kimya və metallurgiya sahələrindən) və nəqliyyatdan çıxan qazlar və tüstülər, günəş şüalarının təsiri altında kimyəvi reaksiyaya girərək smoq əmələ gətirirlər".

Ekoloqun fikrincə, avtomobillərdən çıxan qara tüstü tərkibindəki his, karbon monoksit (CO) və azot oksidləri (NOx) səbəbindən tənəffüs yollarına ciddi zərər vurur. Bu, xüsusən astma və xroniki bronxit xəstələri üçün təhlükəlidir.

O qeyd edib ki, bu emissiyalar təkcə insan sağlamlığına deyil, həm də iqlimə mənfi təsir göstərir:

"Onların qarşısını almaq üçün filtrin vaxtında dəyişdirilməsi, yüksək keyfiyyətli yanacaqdan istifadə və mühərrik sistemlərinin müntəzəm yoxlanılması vacibdir".

Sevil Yüzbaşova xəbərdarlıq edib ki, qara tüstü həm avtomobilin texniki vəziyyətinin pisləşməsi, həm də yanacaq sərfiyyatının artması deməkdir. Buna görə də belə hallar dərhal diaqnostika və təmir tələb edir.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Avtomobillərdən gələn təhlükə: Qara tüstü! — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər