ASAN İnnovativ İnkişaf Mərkəzi "Body Game” təlimini reallaşdırdı

ASAN İnnovativ İnkişaf Mərkəzi "Body Game” təlimini reallaşdırdı
29.09.2025 14:37 Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi və “Marsol Academy”nin əməkdaşlığı çərçivəsində ölkəmizdə ilk dəfə “Body Game” təlimi təşkil olunub.

TodayPress TV xəbər verir ki, Türkiyədə yaranaraq dünyanın müxtəlif ölkələrində tətbiq edilən bu 10 saatlıq proqram musiqi, oyun və öyrənməni bir araya gətirən innovativ metodologiyaya əsaslanır. Təlimi türkiyəli peşəkar mütəxəssislər Tuncer Ediz Toksoy və Esin Toksoy aparıblar.

Fərqli sahələri təmsil edən 50-dən çox iştirakçının qatıldığı təlim tamamilə interaktiv formatda keçirilib. Sessiyalarda iştirakçılara “Orff” yanaşması, bədən perkussiyası, yaradıcı rəqs və drama, hekayə əsaslı ritm məşqləri, eləcə də çoxlu zəka nəzəriyyəsi kimi mövzular praktiki üsullarla təqdim olunub.

Proqram çərçivəsində ritm və bədən hərəkətləri, “stəkan oyunları”, intizam və koordinasiya məşqləri, qrup rəqsləri, həmçinin yaradıcı materiallardan istifadə etməklə müxtəlif interaktiv fəaliyyətlər həyata keçirilib. Bu metodika iştirakçıların həm yaradıcı potensialını, həm də komanda bacarıqlarını gücləndirməyə xidmət edib.

ASAN İnnovativ İnkişaf Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılıb. Mərkəz qabaqcıl ASAN təcrübəsini tətbiq etməklə yanaşı, daim təlim sahəsində yenilikləri ilə fərqlənir, innovativ və müasir öyrənmə metodlarını təqdim edir. Məqsəd ölkədə yüksək ixtisaslı kadrların hazırlanmasına, dövlət və özəl sektorda fəaliyyət göstərən əməkdaşların peşəkarlığının artırılmasına mühüm töhfələr verməkdir.

TodayPress TV

FOTOLAR

ASAN İnnovativ İnkişaf Mərkəzi "Body Game” təlimini reallaşdırdı — 1
ASAN İnnovativ İnkişaf Mərkəzi "Body Game” təlimini reallaşdırdı — 2
ASAN İnnovativ İnkişaf Mərkəzi "Body Game” təlimini reallaşdırdı — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər