ADSEA-da “Keyfiyyəti idarəetmə: Müştəri məmnuniyyəti” üzrə təlim keçirildi

ADSEA-da “Keyfiyyəti idarəetmə: Müştəri məmnuniyyəti” üzrə təlim keçirildi
25.09.2025 14:18 Cəmiyyət

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) “AZS ISO 10002:2022 – Keyfiyyəti idarəetmə: Müştəri məmnuniyyəti” standartı üzrə təlim təşkil olunub.

TodayPress TV xəbər verir ki, təlimdə "955" Çağrı mərkəzi əməkdaşları, yerli sukanal idarələrinin operatorları, eləcə də ASAN xidmət və ASAN kommunal mərkəzlərində fəaliyyət göstərən ADSEA əməkdaşları iştirak ediblər.

Tədbirin açılışında ADSEA sədrinin müavini çıxış edərək, bu təlimin əməkdaşların peşəkar inkişafına və xidmət keyfiyyətinin artırılmasına mühüm töhfə verəcəyini vurğulayıb. O bildirib ki, ISO 10002 standartı müştəri müraciətlərinin daha sistemli şəkildə idarə olunmasına, problemlərin operativ həllinə və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət edir. Bu standartın tətbiqi sayəsində əməkdaşlar yalnız şikayətlərin cavablandırılmasında deyil, həm də xidmətlərin təkmilləşdirilməsi və gələcəkdə oxşar problemlərin qarşısının alınmasında daha effektiv rol oynayacaqlar.

Sədr müavini əlavə edib ki, vətəndaş məmnuniyyətinin təmin olunması, xüsusən də abonentlərlə birbaşa ünsiyyətdə olan əməkdaşların əsas vəzifəsidir. Bu məqsədə nail olmaq üçün beynəlxalq standartların tətbiqi və mütəmadi təlimlərin keçirilməsi zəruridir.

Təlim zamanı iştirakçılara standartın mahiyyəti, tətbiq mexanizmləri və beynəlxalq təcrübədə qəbul olunmuş yanaşmalar izah edilib. Real iş situasiyaları əsasında aparılan praktiki məşğələlərdə müraciətlərin vaxtında və effektiv həlli yolları nümayiş etdirilib.

TodayPress TV

FOTOLAR

ADSEA-da “Keyfiyyəti idarəetmə: Müştəri məmnuniyyəti” üzrə təlim keçirildi — 1
ADSEA-da “Keyfiyyəti idarəetmə: Müştəri məmnuniyyəti” üzrə təlim keçirildi — 2
ADSEA-da “Keyfiyyəti idarəetmə: Müştəri məmnuniyyəti” üzrə təlim keçirildi — 3
ADSEA-da “Keyfiyyəti idarəetmə: Müştəri məmnuniyyəti” üzrə təlim keçirildi — 4
ADSEA-da “Keyfiyyəti idarəetmə: Müştəri məmnuniyyəti” üzrə təlim keçirildi — 5
XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər