Ukraynalı bir qrup uşaq Bakıya gətirildi

Ukraynalı bir qrup uşaq Bakıya gətirildi
01.07.2025 12:26 Xarici siyasət

Daha bir qrup ukraynalı uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusev özünün “X” hesabında bildirib.

Onun sözlərinə görə, Sumi regionundan bir qrup uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib.

“Ukraynalı uşaqlar üçün olan bu proqramı dəstəklədiyinə görə Azərbaycan rəhbərliyinə, xalqına və bütün tərəfdarlara təşəkkür edirik”, - səfir qeyd edib.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər