Səfirlik nümayəndələri Astara sərhəd-keçid məntəqəsində

Səfirlik nümayəndələri Astara sərhəd-keçid məntəqəsində
21.06.2025 13:29 Xarici siyasət

ABŞ səfirinin müavini vəzifəsini icra edən Mark Hernandez və səfirliyin bir qrup əməkdaşı bu gün Azərbaycanın cənubunda yerləşən Astara sərhəd-keçid məntəqəsinə səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Bildirilib ki, ABŞ səfirliyi ölkəyə daxil olan vətəndaşlarına yardım göstərilməsi istiqamətində Azərbaycanın davamlı dəstəyini yüksək qiymətləndirib:

"Amerikalıların təhlükəsizliyi və onların təhlükəsiz şəkildə ölkəyə daxil olması bizim üçün ən yüksək prioritet olaraq qalır", - deyə məlumatda qeyd olunub.

FOTOLAR

Səfirlik nümayəndələri Astara sərhəd-keçid məntəqəsində — 1
Səfirlik nümayəndələri Astara sərhəd-keçid məntəqəsində — 2
XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər