Rəqəmsal dünyada statistika əsas rol oynayır – MDB rəsmisi

Xarici siyasət

24.09.2025 11:03

"Rəqəmsal texnologiyalar həyatın bütün sahələrinə nüfuz edir və bu, statistik metodologiyaların inkişafı, innovasiyaların tətbiqi və yeni sosial-iqtisadi göstəricilərin hazırlanması üçün böyük imkanlar yaradır".

TodayPress TV xəbər verir ki, bunu “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunda MDB Baş katibinin müavini Denis Trefilov deyib.

Onun sözlərinə görə, MDB ölkələri beynəlxalq layihələrdə fəal iştirak edərək ölkələrarası inteqrasiyanı dərinləşdirir və iqtisadi əlaqələri gücləndirir:

"Bu layihələr ölkələrə sosial-iqtisadi inkişafın oxşar və fərqli tendensiyalarını müqayisəli şəkildə təhlil etməyə imkan verir. Layihələr vasitəsilə toplanan məlumatlar əsasında etibarlı, təsdiqlənmiş və obyektiv qərarlar qəbul edə bilirik”, – deyə Trefilov vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Denis Trefilov,Statistika,Forum,Çıxış,Todaypress.tv,