Prezident Əliyevin Pezeşkiana təklif etdiyi Azərbaycan suyunun möhtəşəm sirri - Görüşdən kritik DETAL - VİDEO

Prezident Əliyevin Pezeşkiana təklif etdiyi Azərbaycan suyunun möhtəşəm sirri - Görüşdən kritik DETAL - VİDEO
31.08.2026 19:59 Xarici siyasət

Azərbaycan suyu jesti diplomatiyada çox böyük əhəmiyyətə malikdir və Azərbaycan Prezidenti həmişə qeyri-standart hərəkətləri, addımları, ifadələri bu cür diplomatik görüşlərdə diqqətə çatdırmağı sevir. Bu, ona məxsus bir yanaşmadır və İran Prezidenti ilə görüşdə də ona Azərbaycan suyunu içməyi təklif etməsi çox böyük mesajlarla doludur. Şübhə yoxdur ki, Naxçıvanın, Kəlbəcərin azad olmuş torpaqlarından gətirilən suyun təklif olunması ayrı-ayrılıqda çox mühüm, böyük bir mesajdır.

Yəni, azad torpaqların suyunu təklif etmək, Naxçıvanın suyunu təklif etmək — unutmaq lazım deyil ki, Azərbaycanın ayrılmaz bir ərazisindən gedir söhbət.

O cümlədən, İran tərəfindən müəyyən qüvvələr, Prezident Pezeşkian istisna olmaqla, anti-Azərbaycan mövqeyində olublar. Zəngəzur məsələsini, dəhlizini “qırmızı xətt” adlandırıblar.

Üçüncü məsələ, İranda böyük bir təəssüf yaradan anti-Azərbaycan qüvvələri var və bu qüvvələr Azərbaycana qarşı ittihamlar irəli sürüblər. Tarixi baxımdan hədə-qorxu gəlməyə çalışırlar və bu, onlara çox böyük bir cavab oldu:

“Su kimi olmaq, su kimi saf, sakit, eyni zamanda təmiz olmaq… Aradakı münasibətlərə kirli yanaşmalar qatmaq olmaz”.

Kübra Musayeva

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər