Pakistanın XİN başçısı Azərbaycana təşəkkür etdi

Pakistanın XİN başçısı Azərbaycana təşəkkür etdi
20.06.2025 12:29 Xarici siyasət

Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar İrandan təxliyə olunan ölkə vətəndaşlarını qəbul etdiyi üçün Azərbaycana, ölkəmizin Xarici İşlər Nazirliyinə və şəxsən azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.

TodayPress TV xəbər verir ki, nazir “X” səhifəsində, həmçinin, Azərbaycanın hökumət qurumlarına və Astara sərhəd-buraxılış məntəqəsinin əməkdaşlarına da minnətdarlığını çatdırıb.

Onun sözlərinə görə, bu gün Bakıdan havaya qalxan təyyarənin göyərtəsində 125 ölkə vətəndaşı var.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər