İraq dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

İraq dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı
21.06.2025 17:20 Xarici siyasət

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə və hörmətli ailənizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.

Sizə möhkəm cansağlığı, uğurlar, səxavətli xalqınıza davamlı tərəqqi və firavanlıq arzu edirik.

Bu fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğumuzu bir daha bildiririk".

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər