Gürcüstandan Azərbaycana gələn maşında gizli yük tapıldı

Gürcüstandan Azərbaycana gələn maşında gizli yük tapıldı
02.10.2026 11:17 Xarici siyasət

Gürcüstan vasitəsilə Azərbaycana aksiz markası olmayan siqaretlərin və külli miqdarda bəyan edilməmiş dərman vasitələrinin daşınmasının qarşısı alınıb.

TodayPress TV  xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Gəlirlər Xidməti yayıb.

Bildirilib ki, ixrac prosedurları çərçivəsində Gürcüstandan Azərbaycana “Qırmızı körpü” gömrük-keçid məntəqəsi vasitəsilə şəkərlə yüklənmiş üç yük maşınının hərəkət etdiyi müəyyənləşdirilib. Nəqliyyat vasitələrinə ətraflı baxış zamanı onlardan birində bəyan edilməmiş mallar – 100 000 qutu “MILANO” siqareti və 1 114 ədəd müxtəlif dərman vasitəsi aşkarlanıb.

Bəyan edilməmiş malların ümumi dəyəri 1 060 000 laridən çox təşkil edib.

Faktla bağlı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti araşdırma aparır.

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər