Bişkekdə "ŞƏT plyus" formatında yüksək səviyyəli görüş start götürdü - CANLI
Bişkekdə "ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başlayıb.
TodayPress TV xəbər verir ki, tədbirdə 15-dən çox dövlətin liderləri və nümayəndələri iştirak edirlər.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.
Qırğızıstan tərəfinin məlumatına görə, görüş çərçivəsində dünyada təhlükəsizlik və sabitliyə dair geniş spektrli məsələlərin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, "ŞƏT plyus" formatı daha geniş siyasi və diplomatik dialoq üçün imkan yaradır.