Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər etdi

Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər etdi
16.06.2025 21:49 Xarici siyasət

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa rəsmi səfər edib.

TodayPress TV-nin məlumatına görə, onu bu ölkənin müdafiə naziri general-leytenant Viktor Xrenin qarşılayıb.

Səfər çərçivəsində Azərbaycan hərbi nümayəndə heyətinin rəhbəri ilə Belarusun siyasi və hərbi rəhbərliyi arasında bir sıra görüşlər, ölkədəki hərbi hissələrə, müdafiə sahəsi müəssisələrinə səfərlər nəzərdə tutulub.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər