Azərbaycan XİN-in “Diplomatiya Aləmi” jurnalının 20 illiyi qeyd olundu

Azərbaycan XİN-in “Diplomatiya Aləmi” jurnalının 20 illiyi qeyd olundu
09.07.2025 10:07 Xarici siyasət

Bakı və Şuşa şəhərlərində iyulun 8-9-da Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nəşri olan “Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq dəyirmi masa tədbiri keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Məlumata əsasən, tədbirdə 16 xarici ölkədən xarici işlər nazirliklərinin nümayəndələri, tanınmış beyin mərkəzlərinin təmsilçiləri, eləcə də beynəlxalq münasibətlər və diplomatik təhlil sahəsində ixtisaslaşmış jurnalların redaktorları və ekspertləri iştirak edib.

Dəyirmi masanın əsas məqsədi, dost və tərəfdaş ölkələrin Xarici İşlər Nazirliklərinin rəsmi nəşrləri istiqamətində, habelə müasir beynəlxalq münasibətlər sistemində strateji təhlilin əhəmiyyətinə dair fikir və təcrübə mübadiləsi aparılmasıdır.

Tədbirin açılışında çıxış edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Diplomatiya Aləmi” jurnalının son 20 ildə Azərbaycanın xarici siyasət prioritetlərini və beynəlxalq proseslərə münasibətini əks etdirən önəmli platforma rolunu oynadığını vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, praqmatik və açıq xarici siyasət kursuna vurğu edən nazir, Azərbaycanın beynəlxalq arenada artan nüfuzuna diqqət çəkib.

Çıxış zamanı nazir postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni reallıqlar, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar və sülh sazişinin imzalanmasına maneə törədən əsas məsələlər barədə ətraflı məlumat verib.

O, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini qeyd edib.

Ceyhun Bayramov Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirakını xüsusi vurğulayaraq COP29-a ev sahibliyini, Qoşulmama Hərəkatına uğurlu sədrliyini, eləcə də ölkəmizin qarşıdakı dövrdə UNESCAP-ın 82-ci sessiyası, 13-cü Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü kimi mühüm tədbirlərə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində iştirakçılar üçün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər təşkil olunub. Səfər zamanı qonaqlar Ermənistanın işğal siyasətinin nəticələri, dağıdılmış infrastruktur və tarixi-mədəni abidələr, eləcə də yenidənqurma və bərpa işləri ilə yerində tanış olublar. Şuşanın tarixi və mədəni irsinə dair təqdimatlar keçirilib, səfər mədəni proqramla tamamlanıb.

“Diplomatiya Aləmi” jurnalının yubileyinə həsr olunmuş dəyirmi masa tədbiri iştirakçı ölkələr arasında institusional tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verib.

FOTOLAR

Azərbaycan XİN-in “Diplomatiya Aləmi” jurnalının 20 illiyi qeyd olundu — 1
Azərbaycan XİN-in “Diplomatiya Aləmi” jurnalının 20 illiyi qeyd olundu — 2
Azərbaycan XİN-in “Diplomatiya Aləmi” jurnalının 20 illiyi qeyd olundu — 3
Azərbaycan XİN-in “Diplomatiya Aləmi” jurnalının 20 illiyi qeyd olundu — 4
Azərbaycan XİN-in “Diplomatiya Aləmi” jurnalının 20 illiyi qeyd olundu — 5
Azərbaycan XİN-in “Diplomatiya Aləmi” jurnalının 20 illiyi qeyd olundu — 6
XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər