Anası kimi qucaqladı - İran Prezidentinin qızından Mehriban xanıma səmimi münasibət

Anası kimi qucaqladı - İran Prezidentinin qızından Mehriban xanıma səmimi münasibət
31.08.2026 20:24 Xarici siyasət

Uzun müddətdir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xarici səfərlərdə, xüsusilə də kübarlığın simvolu kimi ön plana çıxması diqqət çəkir. Onun Azərbaycanı yüksək səviyyədə təmsil etməsi qadın diplomatiyasının ən mühüm istiqamətlərindən birini təşkil edir.

Unutmaq olmaz ki, Mehriban xanım həm dövlət xadimi, həm də ictimai və siyasi diplomatiyanın qadın simvolu kimi böyük nüfuza malikdir. O, bir çox xarici tədbirlərdə şarmı və diplomatik davranışı ilə seçilir.

Onun xüsusi nüfuza malik olduğu açıq şəkildə görünür. Xarici dövlət rəhbərlərinin birinci xanımları və qadın nümayəndələri tez-tez onun ətrafında toplaşırlar. Mehriban xanım böyük bir obrazdır və Azərbaycanın böyük tarixindən gələn ənənələri, eləcə də mühüm bir missiyanı öz çiyinlərində daşıyır.

Biz bunu İran Prezidentinin qızı Zəhra Pezeşkianla görüşündə də gördük. Təbii ki, Azərbaycanla İranın ən azı min illik ortaq tarixi keçmişi var. Artıq ənənəyə çevrilib ki, bir çox tədbirlərdə İran Prezidentinin qızı Zəhra xanımın məhz Mehriban xanıma yaxın olması, onun yanında yer alması və ona ana şəfqəti ilə yanaşması diqqət çəkir. Zəhra Pezeşkianın Mehriban xanıma böyük heyranlıqla yanaşması da müşahidə olunur.

Bu, tarixdən, diplomatiyadan və hazırkı nüfuzdan irəli gələn hörmətin ən böyük və ən təsirli göstəricilərindən biridir.

Şübhəsiz, İranı Azərbaycanla ortaq tarixi keçmişə və mirasa malik ölkə kimi nəzərdən keçirsək, İran Prezidentinin qızının timsalında Mehriban xanıma həmin ölkənin də anası kimi baxılması təsadüfi deyil.

Kübra Musayeva

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər