UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi açıqlandı

UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi açıqlandı
29.08.2026 15:26 UEFA

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

TodayPress TV xəbər verir ki, "Report"un məlumatına görə, Azərbaycan təmsilçisi sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.

Ölkə çempionu oktyabrın 13-də, Bakıda Çexiyanın "Slaviya", oktyabrın 20-də Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək.

Noyabrın 4-də Norveçdə "Vikinq"in qonağı olacaq "bayquşlar" noyabrın 25-də Bakıda "Barselona" ilə qarşılaşacaq.

"Sabah" dekabrın 8-də İspaniyada "Vilyarreal"la münasibətlərə aydınlıq gətirəcək.

Nəhayət, paytax təmsilçisi 2027-ci il, yanvarın 20-də "Napoli"ni qəbul edəcək, yanvarın 27-də İngiltərədə "Arsenal"la üz-üzə gələcək.

TodayPress TV

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər