“Zelenski yenə yanıldı”: Tramp və Putin danışığı Kiyevin planlarını pozdu

“Zelenski yenə yanıldı”: Tramp və Putin danışığı Kiyevin planlarını pozdu
17.10.2025 15:29 Təhlil

“Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampla oktyabrın 16-sı baş tutmuş telefon danışığı bir daha Ukrayna Prezidenti Volodimir Zelenskinin planlarını pozdu”.

Bu sözləri politoloq Abutalıb Səmədov TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Zelenskinin əsas məqsədi Trampla görüşərək həm “Tomaqavk” raketləri məsələsini həll etmək, həm də Putinə qarşı ortaq strateji mövqe formalaşdırmaq idi. Yəni tərəflər xüsusilə Rusiya nefti və qazından imtina edən ölkələrin sayını artırmaqla, birlikdə mövqelərini razılaşdırmalı və Rusiya üzərində həm hərbi yolla, həm də enerji bazarına təsir göstərərək təzyiq yaratmalı idilər.

“Lakin bu dəfə də Zelenski yanıldı. Tramp onunla eyni mövqedən çıxış etmək istəmir. Çünki başa düşür ki, bu halda müharibə illərlə uzana bilər. Alyaskada artıq razılaşdırılmış sülh planı var və Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, ümumən Putinin komandası bu plana sadiq olduqlarını dəfələrlə bəyan ediblər”, - deyə analitik vurğulayıb.

Onun fikrincə, son telefon danışığında da çox güman ki, Alyaskada razılaşdırılmış məsələlər yenidən gündəmə gətirilib və Macarıstanda görüş keçirilməsi barədə razılıq əldə olunub.

“Bu danışıq və əldə olunan razılaşmalar artıq Zelenski ilə Tramp arasında nəzərdə tutulan görüşün mahiyyətini dəyişib. Tramp Putinlə apardığı danışıqlar barədə Zelenskiyə məlumat verəcəyini deyib. Yenə də köhnə yanaşma – Zelenskini məcbur etmək xətti davam edir”, - deyə o bildirib.

Siyasi şərhçi onu da əlavə edib ki, Macarıstanda keçiriləcək görüşədək “Tomaqavk” raketləri ilə bağlı danışıqların aparılması real görünmür və ümumiyyətlə, ABŞ bu silahları Ukraynaya vermək niyyətində deyil:

“Vaşinqton anlayır ki, bu raketlərin verilməsi yalnız simvolik xarakter daşıyacaq. O, maksimum 50 raket verə bilər ki, bu da cəbhədə ciddi bir dəyişiklik yaratmayacaq, əvəzində isə Rusiya ilə münasibətlər daha da gərginləşəcək”.

A.Səmədovun fikrincə, Alyaskada əldə olunan razılaşmaların Zelenskiyə qəbul etdirilməsi prosesi artıq başlayıb və bugünkü görüşün əsas məqsədi də məhz bununla bağlıdır. Lakin əsas təzyiqlər Macarıstanda planlaşdırılan görüşdən sonra başlayacaq.

“Zelenski artıq anlamalıdır ki, Qərbdən, xüsusilə də ABŞ-dən arzuladığı dəstəyi ala bilməyəcək. Ona görə də ən real yol mümkün qədər əlverişli şərtlərlə sülhə nail olmağa çalışmaqdır” – deyə politoloq fikrini yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin oktyabrın 16-sı təxminən 2,5 saat telefonla danışıblar. Ağ Ev lideri, həmçinin oktyabrın 17-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya-Ukrayna münaqişəsinin mümkün həlli yolları, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və ABŞ-nin Kiyevə "Tomaqavk" raketlərinin mümkün çatdırılması məsələləri müzakirə edəcək.

Aysel Mətləb

TodayPress TV

FOTOLAR

“Zelenski yenə yanıldı”: Tramp və Putin danışığı Kiyevin planlarını pozdu — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Bütün Xəbərlər