“Yeni dünya nizamının təməli qoyulacaq” – ŞƏRH

“Yeni dünya nizamının təməli qoyulacaq” – ŞƏRH
04.09.2025 13:09 Təhlil

“Hazırda Avropa İttifaqının Rusiya üzərində birbaşa təsir imkanları yoxdur. Təzyiq və təsir imkanları isə orta perspektivdə artacaq”. 

Politoloq Zaur İbrahimli bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Brüssel və Avropa İttifaqına üzv dövlətlər artıq bütün mümkün sanksiyaları tətbiq ediblər və Ukraynaya hərbi dəstək göstərməkdə davam edirlər: 

"Brüssel və Avropa İttifaqına üzv olan dövlətlər mümkün olan bütün sanksiyaları tətbiq ediblər və Ukraynaya hərbi dəstək göstərməkdə davam edirlər. Lakin bu sanksiyaların nəticə verməsi üçün vaxt tələb olunur. Avropa ölkələri genişmiqyaslı silahlanmaya başlayıblar və yaxın illərdə hərbi baxımdan dünyada ön sıralara çıxacaqları proqnozlaşdırılır. Buna baxmayaraq, bu proses zaman alır və qısa müddətdə Rusiya üzərində ciddi hərbi-siyasi üstünlük yaratmaq çətindir. Eyni zamanda, ABŞ-nin dəstəyi olmadan Avropanın sanksiyaları təkbaşına ciddi effekt vermir. Ağ Ev lideri Donald Tramp administrasiyasının potensial qayıdışı isə əlavə qeyri-müəyyənlik yaradır. Trampın mövqeyi isə keçmiş Bayden administrasiyasından fərqlidir.  O, yeni sanksiyalara ehtiyatlı yanaşır, hətta sadəcə sözdə qalır.

Bundan əlavə, tətbiq olunmuş sanksiyalara nəzarət də zəifdir. Məsələn, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi müharibədən sonra 4 dəfə artıb. Bu isə onun sanksiyalardan yayınma üçün tranzit ölkəyə çevrildiyini göstərir. Bənzər vəziyyət bəzi Mərkəzi Asiya ölkələrində də müşahidə olunur".

Analitik onu da diqqətə çatdırıb ki, Çin və Hindistanın Rusiyaya verdiyi iqtisadi dəstək, eləcə də Şimali Koreya vasitəsilə göstərilən yardımlar Moskvanın iqtisadi davamlılığını təmin edir. Belə ki, Şimali Koreyanın Rusiyaya dəstəyi, əslində, Çin tərəfindən koordinasiya olunur. Çünki Pxenyanın təkbaşına bu səviyyədə yardım göstərmək gücü yoxdur. Bütün bu faktorlar Rusiyaya müharibəni indiki templə davam etdirmək və hərbi xərclərini maliyyələşdirmək üçün yetərli iqtisadi baza yaradır.

"Rusiya, Çin, Hindistan və digər qlobal Cənub ölkələri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci sammitində çoxqütblü dünya nizamının yaradılması ideyasını dəstəklədiklərini bir daha bəyan etdilər. Çin Xalq Respublikasının Sədri Si Cinpinin sammitdə vurğuladığı kimi, bu yeni beynəlxalq münasibətlər modeli ölkələr arasında bərabər hüquqlu münasibətləri və xüsusilə də qlobal Cənubun beynəlxalq ticarət və maliyyə sistemində Qərblə eyni səviyyədə iştirakını nəzərdə tutur. Lakin bu ideyaların yaxın gələcəkdə reallaşması sual altındadır. Qlobal Cənubun daxilindəki siyasi ziddiyyətlər, məsələn, Hindistanla Pakistan və ya Hindistanla Çin arasında yaşanan gərginliklər bu modelin birbaşa tətbiqini çətinləşdirir. Bu səbəbdən yalnız bir sammit və ya ideya ilə bu ziddiyyətlər aradan qalxmayacaq. Burada davamlı və sistemli fəaliyyət tələb olunur", - o deyib.

Ekspert, həmçinin hesab edir ki, əgər ŞƏT-in 25-ci sammitindən sonra real addımlar atılarsa və bu addımlar yeni qlobal iqtisadi və siyasi arxitekturanın qurulmasına yönələrsə, artıq yeni dünya nizamının təməli qoyulacaq. Çin bu istiqamətdə açıq şəkildə liderlik iddiasını ortaya qoyub. Rusiya isə bu prosesdə daha çox "kiçik partnyor" rolunu oynayır.

"Hazırda Qərbin tam nəzarətində olan bir dünya nizamı yoxdur və dünya keçid mərhələsindədir. Yeni sistemin necə qurulacağı, hansı aktorların real təşəbbüs göstərəcəyi və bu təşəbbüslərin praktikaya necə keçəcəyi yaxın illərdə aydınlaşacaq. Çin öz mövqeyini elan edib, indi isə real addımların atılıb-atılmayacağını izləmək qalır", - deyə Z.İbrahimli fikrini yekunlaşdırıb.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, ABŞ lideri Donald Tramp Rusiyanın Çinə bu qədər yaxınlaşması və Pekində gövdə nümayişi fonunda bu həftə Rusiyaya qarşı yeni sanksiyalar və Ukraynaya dəstək paketini elan edə bilər.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas isə bildirib ki, Rusiya, Çin və Koreya Xalq Demokratik Respublikası (KXDR, Şimali Koreya) rəhbərlərinin görüşü dünya nizamına “birbaşa çağırışdır". 

Töhfə Səməd

TodayPress TV

FOTOLAR

“Yeni dünya nizamının təməli qoyulacaq” – ŞƏRH — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər