YAXIN ŞƏRQDƏ BOĞAZLAR MÜHARİBƏSİ– "Hörmüz"dən sonra "Bab əl-Məndəb" qapandı!

YAXIN ŞƏRQDƏ BOĞAZLAR MÜHARİBƏSİ– "Hörmüz"dən sonra "Bab əl-Məndəb" qapandı!
21.07.2026 11:24 Təhlil

Yaxın Şərqdə 4 illik atəşkəs rəsmən bitib və geosiyasi gərginlik pik həddə çatıb.

Husi hərbi qruplaşmasının sözçüsü Səudiyyə Ərəbistanına qarşı dərhal qüvvəyə minən dəniz embarqosu və blokadası elan edildiyini bəyan edib. 

Gərginliyin yeni dalğası Səna Beynəlxalq Hava Limanına – İran təyyarəsinin enişini əngəlləmək məqsədilə – edilən hücumdan sonra başlayıb. Cavab olaraq husilər Səudiyyə Ərəbistanının Abha Hava Limanına ballistik raketlər atıblar.

"Reuters" agentliyinin məlumatına görə, Tehran husilərdən Qırmızı dəniz üzərindən keçən neft marşrutunu bloklamağa hazırlaşmağı tələb edib.

Qərarın zamanlaması son dərəcə strateji hesab olunur. Hörmüz boğazında təhlükəsizliyin pozulmasından sonra Qərb ölkələri və Vaşinqton alternativ marşrutlara – Səudiyyə Ərəbistanının Qırmızı dənizdə yerləşən Yenbu limanında başa çatan "Şərq-Qərb" boru kəmərinə bel bağlayırdı. ABŞ Prezidenti Donald Tramp Hörmüzü yan keçə biləcəyinə inanırdı. Lakin Yenbudan çıxan tankerlər tam olaraq husilərin nəzarət etdiyi Bab əl - Məndəb boğazından keçməlidir.

Qərb Hörmüzə alternativ axtararkən Tehran "arxa qapını" bağlayır.

İki kritik boğaz eyni mərkəzdən hədəf alınır. İran Səudiyyə Ərəbistanı ilə birbaşa müharibə aparmasa da, Qərbin bütün çıxış yollarını bloklamağa çalışır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər