Xalq mandat verdi: Sarkisyan "türmə"yə gedir

Xalq mandat verdi: Sarkisyan "türmə"yə gedir
08.06.2026 13:21 Təhlil

"Seçkidə səs çoxluğu qazanan Paşinyanın partiyasının əsas qələbəsi hökuməti təkbaşına formalaşdıra biləcək mandat sayı əldə etməsidir". 


TodayPress TV xəbər verir ki, bunu siyasi analitik Asif Nərimanlı deyib.

O qeyd edib ki, həm daxili qüvvələrin, həm də onları dəstəkləyən xarici oyunçuların planlarında ən həlledici məqam da məhz bu idi: "Hakimiyəti dəyişməyin mümkün olmayacağını anlayan müxalifət – Rusiya Paşinyana hökuməti təkbaşına formalaşdırmağa imkan verməmək, seçkidən sonra siyasi təzyiq rıçaqlarını gücləndirmək istəyirdi. Fərqli nəticə - Paşinyanın hökuməti təkbaşına qurmaq imkanı regionda və Ermənistan daxilində hadisələrin inkişaf istiqamətini müəyyənləşdirir". 

Ekspert qeyd edib ki, hakimiyyət müxalifətə qarşı hüquqi resurslarını gücləndirəcək:  "Paşinyan artıq Koçaryan və Samvel Karapetyanın həbs edilməsi anonsunu verib, hər iki şəxslə bağlı məhkəmə prosesinin sürətlənəcəyi, seçicilərə rüşvətin verilməsi, saxtalaşdırılma cəhdləri ilə bağlı ittihamların da irəli sürüləcəyi gözləniləndir".   

Asif Nərimanlının qənaətincə, seçkidə əsas məqamlardan biri Ermənistanda “ana müxalifət”in Koçaryandan Karapetyana keçməsidir:  "Bu, hakimiyyətə qarşı əlavə təsir rıçağı olmasa da, “sima” dəyişikliyi müxalifətin cəmiyyətdə etibarını gücləndirmək və siyasi gələcək baxımından irəliyə doğru addım hesab oluna bilər. İndiyə qədər “ana müxalifət”in Koçaryan olması həm cəmiyyətdə Paşinyanın opponentlərinin etibarını zəiflədir, həm də hakimiyyətin anti-təbliğat imkanlarını genişləndirirdi. Vizual dəyişiklik müxalifət cəbhəsi üçün müsbət nəticədir. Karapetyanın Rusiya ilə yanaşı, Qərblə də əlaqələrə malik olması, erməni disporu və kilsənin də dəstəyini alması onu Koçaryandan daha güclü mövqeyə çıxarır. Bu kontekstdə Rusiyanın seçkidə iki minimal nəticə əldə etidiyini düşünmək olar: 

1. “Sima dəyişikliyi” ilə dəstəklədiyi müxalifətə inamı və öz reputasiyasını müəyyən qədər də olsa bərpa edə bilər;

2. Karapetyanla Koçaryanın “parlament ittifaqı”nı formalaşdıra, mövqelərini gücləndirə bilər: ötən parlamentdə Sarkisyanın Koçaryanla anlaşa bilməməsi qüvvələri parçalamışdı". 

Analitikin sözlərinə görə, bölgədə isə güc balansının Rusiyanın əleyhinə dəyişməsi sürətləcək, lakin geosiyasi təsir baxımından, Qərbin – ABŞ və Avropa İttifaqının rolu artsa da, regional müstəvidə Bakı və Ankaranın rolu daha həlledici görünür. 

"Çünki regional oyunçular dəyişsə belə, coğrafi reallıqlar və Paşinyanın bu reallığa əsaslanan siyasəti fonunda Ermənistan gələcəyi Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması, Türkiyə ilə sərhədlərin açılmasından asılıdır. Hadisələrin bu istiqamətdə inkişafı Ermənistana Rusiyanın güclü təzyiq yaradan iqtisadi təzyiqindən xilas olmaq perspektivi yaradır. Bu perspektivlərin möhkəmlənməsinə qədər zamana ehtiyacı olan Paşinyan hakimiyyəti Rusiya ilə qarşıdurmadan çəkinəcək", - Asif Nərimanlı fikrini tamamlayıb. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər